07 July 2024

Kanada Katolik Kilsəsi cinsi istismar qurbanlarına 76 milyon dollar təzminat ödəyəcək

Kanada Katolik Kilsəsi cümə günü yayımladığı bəyanatda 1940-cı ildən bəri cinsi istismar qurbanlarına 104 milyon Kanada dolları ödənəcəyini açıqlayıb.

Katolik Kilsəsi ilə əlaqəli, St. 2020-ci ildə Nyufaundlend və Labrador əyalətindəki Mount Keşel Uşaq Evində baş verən sui-istifadəyə görə Sent Cons Baş Yeparxiyasının məsul olduğu müəyyən edilib.

Marneulidə İmam Həsən (ə) məscidinin təntənəli açılışı olub

 İyulun 6-da Marneulinin Axlılələ kəndində İmam Həsənin adına məscidin açılışı olub.

Təntənəli mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Gürcüstan parlamentinin üzvü Zaur Darqali, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə, Azərbaycan və İran səfirliklərnin nümayəndələri iştirak ediblər.

On minlərlə israilli yenidən küçələrdədir

İsraillilər Qəzza zolağında atəşkəs, məhbus mübadiləsi razılaşması və Benyamin Netanyahunun başçılıq etdiyi hökumətin istefası tələbi ilə ölkə boyu nümayişlər keçirib.

İsraildə Qəzza zolağından israilli məhbusların gətirilməsinə dair razılaşmanın imzalanmasını tələb edən Netanyahu hökumətinə qarşı hər şənbə günü keçirilən etirazlar bu həftə də geniş iştirak və tədbirlərlə, o cümlədən HƏMAS-ın danışıqlarda qəbul etdiyi atəşkəs layihəsi ilə davam edib.

Seyid Həsən Nəsrullah HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hizbullah cümə günü bildirib ki, Livan Hizbullah Hərəkatının lideri Seyid Həsən Nəsrullah və HƏMAS-ın yüksək səviyyəli rəsmisi Xəlil Əl Həyya Qəzza zolağında baş verən son hadisələri və atəşkəsə nail olmaq üçün aparılan danışıqları müzakirə ediblər.

Hizbullah tərəfindən verilən açıqlamada Nəsrullahın HƏMAS liderinin müavini Həyyanı qəbul etdiyi və görüşdə Qəzza zolağında "son təhlükəsizlik və siyasi hadisələrin" nəzərdən keçirildiyi bildirilib.

Nyu-Yorkda Fələstin tərəfdarı olan 30-dan çox etirazçı həbs edilib

Nyu-York polisi ABŞ-da 4 iyul və Müstəqillik Günü qeyd edilməsi ilə eyni vaxtda Amerika bayrağını yandırdıqlarına görə İsrail əleyhdarı nümayişçilərdən 37-ni həbs etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nyu-York polisi Fələstin tərəfdarlarının İsrail əleyhinə nümayişi zamanı 37 etirazçının həbs edildiyini açıqlayıb. Polis Manhetten bölgəsində 32-dən çox etirazçının Amerika bayrağını yandırdıqlarına görə həbs edildiyini açıqlayıb.

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü olub

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.