02 May 2023

"İran və Azərbaycan arasında gərginlik azalıb" - XİN

Azərbaycanla anlaşılmazlıqların aradan qaldırılması üçün bir sıra praktiki addımlar atılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. 

Kənani mətbuat konfransında bildirib ki, İran və Azərbaycan arasında razılaşma və üç raundluq danışıqlardan sonra iki qonşunun media mühitində gərginlik azalıb.

İsraildən Adnan həbsxanada aclıq edərək dünyasını dəyişməsi haqqında ilk açıqlama

Fələstinli məhbus Adnanın aclıq aksiyasının 87-ci günündə həbsxanada şəhadətindən sonra sionist İsraildən ilk rəsmi açıqlama İsrail Həbsxanalar İdarəsindən gəlib. Rejim Həbsxanalar İdarəsi tərəfindən verilən yazılı açıqlamada “Tibbi müayinə və müalicədən imtina edən məhbus (Xıdır Adnan) səhər saatlarında kamerasında huşsuz vəziyyətdə aşkar edilib” - deyə bildirilib.

Azərbaycanda uşaqlara ən çox dini adlar qoyulur

Bu ilin dörd ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, uşaqlara qoyulan adlar arasında ilk onluğu əsasən dini təmayüllü adlar təşkil edir.

Oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. Bu ad 548 uşağa qoyulub. 533 uşağa Əli, 449 uşağa Yusif, 423 uşağa Hüseyn, 339 uşağa Məhəmməd, 300 uşağa Raul, 294 uşağa Ömər, 258 uşağa Murad, 231 uşağa Adəm və 200 uşağa isə Ayxan adı verilib.

Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilir

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilir.
Bu barədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir:

İran prezidentinin Suriyaya səfəri ərəfəsində hava limanı atəşə tutuldu

İsrail ordusu gecə saatlarında Suriyada Hələb hava limanını atəşə tutub. Atışma nəticəsində hava limanı sıradan çıxarılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu, İran prezidenti İbrahim Rəisinin son 13 ildə Suriyaya ilk səfəri ərəfəsində baş verib.

Qeyd edək ki, mayın 3-də İran prezidenti Rəisi nümayəndə heyəti ilə birlikdə Dəməşqə iki günlük səfər edəcək.   

İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir

“Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır”. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, radikal dini təriqətlərə qarşı aparılan mübarizə eyni qaydada davam etdirilməlidir.

Hacı Şahinlə əlaqəli olan son üzvlər də məsciddən uzaqlaşdırıldı

Bu səhər sosial media üzərindən Məşhəd Dadaş məscidində dəyişikliklərlə bağlı məsələ dolayısı yolla öz təsdiqini elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanov tərəfindən də aldı. Xəbərə görə Məşhəd Dadaş icması buraxılaraq məsciddən uzaqlaşdırılıb. Eyni halda məscidə yeni imam Əli Şərbətov təyin edilib. Mövzu ilə bağlı Mübariz Qurbanov danışaraq bildirib ki, icma məsciddədir. Sadəcə olaraq məsciddəki köhnə icma 11 nəfərlə qeydiyyatdan keçmişdi. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq. Buna görə də heyət genişlənib.

Bəxtiyar Babaşov apellyasiya şikayəti təmin edilmədi

1 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə Bəxtiyar Babaşovun məhkəməsi baş tutub.
Giperssilka.ru-nun verdiyi xəbərə görə, vəkili Zibeydə Sadıqovanın  təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması  
İlə bağlı qaldırdığı vəsatət Nərimanov Məhkəməsində təmin edilməyib. Nərimanov Məhkəməsinin qərarından verilən apellyasiyaya da təmin edilməyib.

Bakıda yanacaq vaqonu relsdən çıxdı, yanacaq ətrafa dağıldı

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxıb. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Vaqonların reyslərdən çıxması nəticəsində yanacağın ətrafa dağılıb. Qəza ilə  əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Qəzanın səbəbləri haqqında məlumat verilmir.

ABŞ Türkiyənin İslam Dövləti qrupunun liderinin ölümü ilə bağlı iddialarını dəstəkləmir

Birləşmiş Ştatlar Ankara qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat zamanı İslam Dövləti terror qruplaşmasının hazırkı liderini öldürdüyünə dair iddialarını təsdiq etməkdən hələlik imtina edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü TRT tele-kanalına verdiyi müsahibəsində İslam Dövləti qrupunun lideri Əbu Əl-Hüseyn Əl-Hüseyni Əl-Quraşinin "Türkiyə milli kəşfiyyat təşkilatının [şənbə günü] Suriyada keçirdiyi əməliyyatı çərçivəsində zərərsizləşdirildiyini" deyib.