İran prezidentinin Suriyaya səfəri ərəfəsində hava limanı atəşə tutuldu

İsrail ordusu gecə saatlarında Suriyada Hələb hava limanını atəşə tutub. Atışma nəticəsində hava limanı sıradan çıxarılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu, İran prezidenti İbrahim Rəisinin son 13 ildə Suriyaya ilk səfəri ərəfəsində baş verib.

Qeyd edək ki, mayın 3-də İran prezidenti Rəisi nümayəndə heyəti ilə birlikdə Dəməşqə iki günlük səfər edəcək.