Bəxtiyar Babaşov apellyasiya şikayəti təmin edilmədi

1 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə Bəxtiyar Babaşovun məhkəməsi baş tutub.
Giperssilka.ru-nun verdiyi xəbərə görə, vəkili Zibeydə Sadıqovanın  təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması  
İlə bağlı qaldırdığı vəsatət Nərimanov Məhkəməsində təmin edilməyib. Nərimanov Məhkəməsinin qərarından verilən apellyasiyaya da təmin edilməyib.
Zibeydə Sadıqova məhkəmədə təqsirləndirilən şəxsin ilk həbsi olduğu və istintaqdan yayınmaq kimi bir qərarı olmadığı üçün ev dustaqlığına verilməsi daha normaldır: “Təqsirləndirilən şəxsin istintaq müddətində təcridxanada qalması dövlətin büdcəsinə də ziyan vurur, üstəlik şəxsin ailəsinə də, şəxsin sağlamlığına da. Lakin vəsatət təmin edilmədi”.
Bəxtiyar Babaşovun istintaqını aparan müstəntiq isə deyib ki, əgər təqsirləndirilən şəxs evə buraxılsa narkotiki aldığı şəxsin 
Kimliyini müəyyənləşdirməyimizə mane olar. Ona görə də Bəxtiyar Babaşov həbsdə qalmalıdır, ev dustaqlığına buraxıla bilməz.
Xatırladaq ki, Azərbaycanda 4 aya yaxındır şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsinə start verilib. Dindarlar oğurlanır və ailələri günlərlə axtarır. Onlara işgəncə verilir və zorlamaqla təhdid edib “tanımadığım İran vətəndaşından narkotik aldım” ifadəsinə imza atdırılır. Dindarlar CM-nin 234.4.3 və 234.1-1 maddələri ittiham edilirlər. 
Qeyd edək ki, dindar Bəxtiyar Babaşov 2023-cü ilin 9 mart tarixində oğurlanıb. 11 mart tarixində Nərimanov məhkəməsinin hökmü ilə onun haqqında 4 aylıq istintaq müddəti təyin edilib. Qərardan verilən appelyasiya şikayəti təmin edilməyib. 
Bəxtiyar Babaşov CM-nin 2341-1 maddəsi ilə ittiham edilib.