Bakıda yanacaq vaqonu relsdən çıxdı, yanacaq ətrafa dağıldı

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxıb. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Vaqonların reyslərdən çıxması nəticəsində yanacağın ətrafa dağılıb. Qəza ilə  əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Qəzanın səbəbləri haqqında məlumat verilmir.