İsraildən Adnan həbsxanada aclıq edərək dünyasını dəyişməsi haqqında ilk açıqlama

Fələstinli məhbus Adnanın aclıq aksiyasının 87-ci günündə həbsxanada şəhadətindən sonra sionist İsraildən ilk rəsmi açıqlama İsrail Həbsxanalar İdarəsindən gəlib. Rejim Həbsxanalar İdarəsi tərəfindən verilən yazılı açıqlamada “Tibbi müayinə və müalicədən imtina edən məhbus (Xıdır Adnan) səhər saatlarında kamerasında huşsuz vəziyyətdə aşkar edilib” - deyə bildirilib.

Xəstəxanaya köçürülməsinə nə üçün icazə verilmədiyi açıqlanmayıb. Açıqlamada Adnanın uzun sürən aclıq aksiyası səbəbilə səhhətinin pisləşməsinə və həyatı üçün ciddi təhlükə olmasına baxmayaraq, onun niyə xəstəxanaya aparılmasına icazə verilməməsi ilə bağlı heç bir qiymətləndirmə aparılmaması diqqət çəkib.

Digər tərəfdən, İsrail Assambleyasının ərəb parlamentarisi Əhməd Tibi Adnanın ölümündə İsrail administrasiyasını günahlandırıb. İsrail mətbuatına açıqlama verən Tibi deyib: "Aclıq aksiyasının 86-cı günündə olmasına və səhhətinin pisləşməsinə baxmayaraq məhbusu xəstəxana əvəzinə həbsxana kamerasında saxlamağa qərar verənlər bu vəziyyətin onun ölümü ilə nəticələnə biləcəyini bilirdilər. Buna görə işğalçı İsrail qüvvələri Şeyx Xıdır Adnanın şəhadətindən məsuldurlar”.