07 March 2023

Əfv Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası növbəti iclasını keçirilib. May ayında imzalanması ehtimal olunan sərəcama bu dəfə əfv olunanların sayında yetərincə çoxluq olacağı bildirilir. Əlbəttə bu sırada siyasi məhbusların da xüsusi rəqəmlə yer alması gözlənilir. Bu günə qədər komissiya 1200-dən çox müraciətə baxıb. Son iclasda daha 150-dən çox müraciətə baxılıb.

Avstraliyanın ən qatı islamofobu müsəlman oldu

Avstraliyada islamofobiyanın ən qatı ideoloqlarından biri öz radikal həmfikirlərini gözlənilməz qərarı – müsəlman olması ilə təəccübləndirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Şermon Berdjess hələ 2010-cu ildən Avstraliyadakı sağçı-radikal siyasi qüvvələrin ən önündə gedərdi, ultra-sağçı qruplaşmalardan birinə başçılıq edərdi və müsəlmanlara qarşı nifrəti təbliğ edərdi.

İran dünyanın ən böyük litium ehtiyatlarından birini kəşf etdiyini açıqlayıb

İran hökumətinin bəyanatına görə, 8,5 milyon ton litium olan ehtiyat aşkarlanıb. Litium mədənləri ilə zəngin ölkələr siyahısında 4-cü yeri tutacaq İran bu kəşflə Cənubi Amerika xaricində ən çox litium olan ölkə olacaq.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatına görə, böyük gil yataqlarına malik Həmədan bölgəsində daha çox litium filizi ehtiyatlarının aşkar ediləcəyi ehtimal edilir. Litium yeni nəsil akkumulyatorların istehsalında əsas məhsullardan biri kimi istifadə olunur.

İsrail rejiminin hücumu zəlzələ qurbanlarına yardımın çatdırılmasına mane olub

Suriya Nəqliyyat Nazirliyi İsrail rejiminin Hələb hava limanına raket hücumunun Suriya zəlzələsindən zərərçəkənlərə yardımın çatdırılması prosesini pozduğunu açıqlayıb.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Suriya Nəqliyyat Nazirliyi İsrail rejiminin Hələb Beynəlxalq Hava Limanına raket hücumunun Suriyanın şimalında zəlzələ qurbanlarına humanitar yardım aparan hava limanına ziyan vurduğunu açıqlayıb.

İslamı kostyumda sevdirən adam...

Böyük məfhumların tərifi olmur. Bu şeylərdən danışanda gərək dərindən nəfəs alasan, içinə küləklər əsə, sinən ümman kimi qabara... Və hər cəhddən sonra bu ümmanda bir az da batdığını düşünərək uzun-uzun danışasan.

Ana, Allah, Vətən, sənət kimi...

Onun kimi adamlar haqqında yazmaq da əzəldən çətindir, ölümü məsələni bir az da müşkül etdi: Hacı Şahin+ölüm. Hər ikisindən sanbal yağır, birləşdisə, danışma.

UEFA-nın 2022-ci ildə Azərbaycan klublarına ödədiyi məbləğ bəlli olub

UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

Operativtv.com Reporta istinadən məlumatına görə, Avropa futbol qurumu 8 kluba 28 milyon 924 min 10 manat ödəyib.

Bu, 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.

Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib

Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir.

L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək.

BMT “taxıl müqaviləsi”ni davam etdirmək istəyir

BMT “taxıl müqaviləsi”ni davam etdirmək arzusunda olduğunu açıqlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stephane Dujarric bildirib.

"Biz bütün maraqlı tərəflərlə müzakirələr aparırıq" 

Bundan əlavə, Düjarrik ərzaq ixracı üçün Ukrayna limanlarının sayının artırıla biləcəyi ilə bağlı xəbərləri şərh etməyib.

REAL partiyasının dövlət qeydiyyatı ləğv edilə bilər

Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib.

O qeyd edib ki, əgər yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında partiyanın dövlət qeydiyyatı ləğv ediləcək.

Nəsrullah: Livanı yalnız İran və Suriya dəstəkləyib

Operativtv.com  Mehr-ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah Qazilər və Məhbusları Anma Günü münasibətilə çıxış edib. Çıxışında Nəsrullah Knessetin fələstinlilərin edamına icazə verən qanun layihəsini təsdiq etməsinə reaksiya verib.

Bu təklifi “axmaq addım” kimi qiymətləndirən Nəsrullah İsrailə xitab edərək, “Sizin təşəbbüsünüz fələstinli qiyamçıların şəhadət əməliyyatları həyata keçirmək əzmini daha da gücləndirəcək” deyib.

“Tələbələri zəhərləyənlər yer üzünün fitnəkarlarıdır, onlar ağır cəzalandırılacaqlar”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran Məhkəmə Sisteminin sədri Qulam Hüseyn Muhsini son günlər İranda məktəblərdə baş verən şübhəli zəhərlənmə hadisələrinə toxunaraq, bu hadisənin səbəbkarlarının ən ağır şəkildə cəzalandırılacağını bildirib.

İraqda terror aktı

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraq mediası bazar ertəsi axşam saatlarında bu ölkənin şərqində, əl-Mikdadiyə şəhəri yaxınlığındakı "əl-Həziniyyə" kəndində terror aktı törədildiyini bildirib.

BŞİH feministlərin şəhərin mərkəzində aksiya keçirməsini məqsədəuyğun hesab etmədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsi barədə müraciətinə cavab verib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, BŞİH aksiyanı məqsədəuyğun saymayıb.

Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi bəlli oldu

Türkiyənin müxalif koalisiyası olan “Millət İttifaqı” (“Altılı masa”) mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədinin adını açıqlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbərinə görə, bu barədə ölkənin “Səadət Partiyası”nın sədri Temel Karamollaoğlu bildirib.

O, seçkilərdə “Millət İttifaqı”nın vahid namizədinin CHP lideri Kamal Kılıçdaroğlunun olacağını qeyd edib.