Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir

Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir.

Operativtv.com APA-nın Tbilisi müxbirinə istinadən xəbər verir ki, parlament binasının girişinə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və vətəndaşlar parlamentin plenar sessiyasında müzakirəyə çıxarılan “agentlər haqqında” qanuna etiraz edirlər. Aksiya iştirakçıları “Rusiya qanununa yox” şüarı səsləndirirlər.

Aksiya səbəbilə parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə çox sayda polis cəlb edilib.