UEFA-nın 2022-ci ildə Azərbaycan klublarına ödədiyi məbləğ bəlli olub

UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

Operativtv.com Reporta istinadən məlumatına görə, Avropa futbol qurumu 8 kluba 28 milyon 924 min 10 manat ödəyib.

Bu, 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.

“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749 manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.

Qeyd edək ki, klubların Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq assosiasiya tərəfindən klubların hesabına köçürülüb.