04 March 2023

"Onun ailəsi rüşvət şəbəkəsinin bir hissəsidir": Ekvadorun keçmiş prezidenti Moreno korrupsiyaya görə həbs edilib

Ekvadorun keçmiş prezidenti Lenin Moreno ölkənin ən böyük su elektrik bəndinin tikintisi üzrə tenderdə Çin şirkətindən rüşvət aldığı üçün ev dustaqlığına alınıb. Morenonun həyat yoldaşı, qızı və kürəkəninin 660 min dollar rüşvət aldığı iddia edilir.

Bayden: Almaniya Ukraynaya verdiyi dəstəyə görə çətin vəziyyətdədir

Operativtv.com Tesnim-ə istinadən məlumatına görə ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Schulz ilə görüşdən sonra Almaniyanın Ukraynanı dəstəklədiyi üçün çətin vəziyyətdə olduğunu etiraf edib. Bu görüşdə Bayden bildirib ki, Almaniya Ukraynaya verdiyi dəstəyə görə ölkədə çox çətin vəziyyətdədir.

Marko Roys "Borussiya"nın tarixinə düşüb

Marko Roys Almaniyanın "Borussiya" (Dortmund) klubunun tarixinə düşüb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 33 yaşlı futbolçu buna "Leyptsiq"i 2:1 hesabı ilə məğlub etdikləri Bundesliqanın XXIII tur oyununda fərqlənməklə nail olub.

Yarımmüdafiəçi Dortmund təmsilçisinin heyətində peşəkar səviyyədə vurulan qol sayında Mixael Tsorka çatıb. Hər ikisi 159 dəfə rəqib qapılarına yol tapıb.

İnkassatorlara silahlı hücum, bir nəfər həlak olub

Operativtv.com Turana istinadən xəbər verir ki, şənbə günü saat 12:30-da avtomatla silahlanmış cinayətkar Bakının Xətai rayonundakı “Bravo” hipermarketinin qarşısında inkassatorlara hücum edib.

Hücum nəticəsində inkassatorlardan biri avtomat silahdan açılan atəşdən həlak olub, digəri yaralanıb, Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Əməliyyat-istintaq qrupu hadisə yerində işləyir.

Dinlər və Mədəniyyətlər Arası Dialoq Mərkəzinin rəhbəri Əli Əkbər Ziyai Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib

İran İslam Respublikasının Dinlər və Mədəniyyətlər Arası Dialoq Mərkəzinin rəhbəri Əli Əkbər Ziyai azərbaycanlı ruhani Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib, mesajın mətni belədir;

“Digər tərəflərin öhdəliklərini yerinə yetirməməsi səbəbindən öhdəliklərimizi azaltdıq”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi ilə görüşən İran İslam Respublikası Atom Enerjisi Agentliyinin prezidenti, İranın KOEP çərçivəsində öhdəliklərini azaltmaq qərarına gəldiyini bildirib. O, səbəb kimi Strateji Fəaliyyət Qanununa uyğun olaraq digər tərəflərin Nüvə Razılaşmasına əməl etmədiyini açıqlayıb.

"Havara şəhərini dağıtmaq istəyənlər dünyadan silinəcək"

Qəzza zolağının şimalında yaşayan fələstinlilər cümə günü İordan çayının qərb sahilində Əl-Əqsa məscidinə, məhbuslara və müqavimətə dəstək nümayişi keçiriblər. HƏMAS hərəkatının dəvəti ilə təşkil edilən bu nümayişdə bu hərəkatın siyasi ofisinin üzvü Süheyl əl-Həndi fələstinlilərin İsrail rejimə qarşı çıxmaq və İordan çayının qərb sahilindəki müqaviməti dəstəkləmək əzmini vurğulayıb.

Bu gün Həzrət Əli Əkbərin (ə) mövlud günüdür

 Şaban ayının 11-i Hz. Əli Əkbər(ə)ın mübarək mövlud günüdür.

İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna xitab edib buyurdu: “Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!”

Zülmün qəfəsindən əbədiyyətə pərvaz edən azadlıq

Ədalətin qərarlar önündə əyilən qəddinə etirazı o, öz vicdanı kimi ağappaq kəfəni ilə dəstək olmaq üçün son nəfəsini elə ədalətin məhkum olduğu məhkəmə binasının dəmir barmaqlıqları arasında verdi. Bu  haqqın, üstün olduğu bütün dəyərlərin məhkum dünyasından azad vicdanların yaşadığı dünyaya bir sülh göyərçininin uçuşu idi ki, Qarabağ Qazisinin ruhu ilə pərvaz edərək qanad çaldı. Şərrin büründüyü rəhmət örtüyünü o, öz ölümsüz ruhu ilə parçalayaraq insanlığa, zülmə qaşı barışılmaz bir çağırış etdi əbədiyyət səfəri ilə.