Qısa, lakin sonsuz bərəkətli bir ömür...

O, Azərbaycan dini düşüncə tərzində tam yeni, parlaq bir səhifə açdı öz mütərəqqi baxışı ilə. Sovetlərin tənəzzülündən sonra haram və qadağaların rəhbər olduğu dini təfəkkürə o sevgi, ümid və həyat dolu yeni bir aləm bəxş etdi. Sərt məhdudiyyətlər yox, sevgi ilə zəngin ümidlər onun aram nitqindən insanların ruhuna axdı. Fitrətin təlatümünü cilovlayan parlaq bir sabah Hacı Şahin varlığı ilə Azərbaycan inanclısında dinə fərqli yanaşım nümayiş etdirdi. Minlər, milyonlar Əhli-beytin (ə) gözəlliklərini onun timsalında tanıdı sevdi və yaşadı. Bütün bu eşqin nümunəsi isə onun ölüm xəbəri ilə pərakəndə qalan insanlığın gözündən axan yaşlarında nümayiş olunurdu. Bu göz yaşları fəth olan məhəbbətin ölümsüzlük əsəri idi. Qısa, lakin sonsuz bərəkətli bir ömür...
Dəyərli ilahiyyatçını böyük hörmət və ehtirama anırıq. Xalqın, elin bu itkisində isə hər bir yanan ürəyin acısına şərikik.
 
Müsəlman Birliyi Hərəkati-hüznlə.