Zülmün qəfəsindən əbədiyyətə pərvaz edən azadlıq

Ədalətin qərarlar önündə əyilən qəddinə etirazı o, öz vicdanı kimi ağappaq kəfəni ilə dəstək olmaq üçün son nəfəsini elə ədalətin məhkum olduğu məhkəmə binasının dəmir barmaqlıqları arasında verdi. Bu  haqqın, üstün olduğu bütün dəyərlərin məhkum dünyasından azad vicdanların yaşadığı dünyaya bir sülh göyərçininin uçuşu idi ki, Qarabağ Qazisinin ruhu ilə pərvaz edərək qanad çaldı. Şərrin büründüyü rəhmət örtüyünü o, öz ölümsüz ruhu ilə parçalayaraq insanlığa, zülmə qaşı barışılmaz bir çağırış etdi əbədiyyət səfəri ilə.
İnanclı Səbuhi Səlimovun mübarizə dolu həyat hekayəsinə ədalətsizlik və laqeydlik böyük nöqtə qoyaraq onu qapatsa da, həqiqət axtarışında olanlar üçün bu ömür səlnaməsi əbədiyaşar bir əsərə çevrildi. Öz addımları ilə gələcək nəsillərə cığır açaraq.
Səbuhi Səlimovun faciəvi ölümü ilə bağlı ailəsinə baş sağlığı verib Allahdan səbr diləyir, ruhuna ehtiram nümayiş etdiririk.

Müsəlman Birliyi Hərəkatı-hüznlə.