Bu gün Qəzza müasir dünyamızın Kərbəlasıdır!

2023-cü ilin oktyabrında Qəzzada yaşanan hadisələr, insanlıq faciəsi, obrazlar hər halıyla 1343 il əvvəli - 680-ci ilin oktyabrındakı Kərbəlanı xatırladır.
Suyu, işığı, qazı, yolları kəsilmiş, atəş altında təslim olması istənilən Qəzza camaatı indi meydanda tək-tənha qalmış İmam Hüseynin obrazıdır. “Varmı mənə bir kömək edən?!” – deyə hayqırır...
Ata, ana qucağında qanı tökülmüş halda titrəyə-titrəyə can verən körpələr Əli Əsxərdir, Əli Əkbərdir...
Övladlarının, qardaşlarının necə amansızlıqla qətlə yetirildiyini görən qəzzalı qadınlarsa Zeynəb...
Bir də var bütün bu olanları sakitcə seyr edən, hər şeyə laqeyd, biganə yanaşan, səni döyüşə, mübarizəyə çağırıb yarıyolda qoyan Kufə camaatı...
Bax, adını müsəlman qoyub fələstinlilərin problemlərinə göz yuman, düşməni buraxıb bir-birini didən "İslam ölkələri" də o camaatdandır - hər şey olub-bitəndən sonra başlarına döyəcəklər!
 
Elxan Şükürlü