BMT dünyada 345 milyon insanın aclıqdan ölmə riski ilə bağlı xəbərdarlıq edib

“Qara dəniz taxıl təşəbbüsünün müddəti bitmək üzrədir. Bu limanların açıq qalması çox vacibdir. 345 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda müqavilənin müddəti uzadılmalıdır”.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli tviterdə yazıb.

Onun sözlərinə görə, taxıl müqaviləsi bütün dünyada təbii fəlakətlər fonunda əhəmiyyət kəsb edir və bu istiqamətdə uğursuzluğa yol verilməməlidir.

Ukraynadan ərzaq ixracına dair müqavilələr ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb.