"Bakı Metropoliteni" yeni qatarlar alır

Yeni qatarlar müasir tiplidir, kondisionerlə təhciz olunmuş olacaq

"Bu gün daha bir qatarda texniki nasazlıq baş verib. Bu da qatarların qrafikinə az da olsa, təsir edib".

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinn rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O deyib ki, bu il 30 vaqonun, yəni 6 qatarın istismar müddəti bitir.

"Məhz onların əvəzinə yeni qatarlar gətiriləcək. Qatarların istismarı bitdikcə onlar yeniləri ilə əvəz ediləcək. Yeni qatarlar müasir tiplidir, kondisionerlə təhciz olunmuş olacaq" - Məmmədov vurğulayıb.