"Xətai” metrostansiyası payız aylarında təmirə bağlanacaq.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək. ""Xətai” stansiyası bu ilin oktyabr-noyabr aylarında təmir bağlanacaq. "Bakmil” stansiyasında aparılan təmir işlərində isə maksimum olaraq sərnişin daşınmasında problem olmamasına çalışırıq. Bilirsiniz ki, Metropolitenimiz elə bir şəraitdədir ki, istər-istəməz sərnişinlərin hərəkətinin təminatında məhdudiyyətlər yaranır. Elə olur ki, məhdudiyyət yaranmadan biz bu təmir işlərini aparırıq.” – deyə sədr müavini qeyd edib.
APA
Daha bir metrostansiya təmirə bağlanacaq
Oxşar xəbərlər