2018-ci il ərzində "Bakı Metropoliteni" QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib.
Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir. Onu da qeyd etmək lazımdır ki, bununla yanaşı, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar mövcuddur".
Onun sözlərinə görə, "Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, bu sahədə işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaş qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb.
Qeyd edək ki, bu gün Prezident Administrasiyası vətəndaş qəbulunda nöqsana yol verən qurumların adını açıqlayıb. Həmin siyahıda "Bakı Metropoliteni” də var.
"Bakı Metropoliteni” vətəndaş qəbulu ilə bağlı vaxt məhdudiyyətini aradan qaldırır

Oxşar xəbərlər