Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib: “Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb".
Metropoliten sözçüsü həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə yubanmasına da aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".
report.az
Bakı metrosunda problem yaranıb

Oxşar xəbərlər