Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

"Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“Biz həm əvvəlki prosesləri, həm də 2023-cü il üçün planları müzakirə etdik. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunun məntiqi nəticəsi ötən il ölkə başçıları arasında imzalanmış müvafiq sənəddir”, - deyə nazir bildirib.

C.Bayramov qeyd edib ki, ötən il dövlət başçıları, eləcə də XİN səviyyəsində kifayət qədər fəal əlaqələr olub.

“Ticarət əlaqələri fəal inkişaf edir. Beləliklə, 2022-ci ilin sonuna ticarət dövriyyəsi 24 faiz artaraq 4 milyard dollara çatıb”.