Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq - İran səfirinin Bakıdakı missiyası isə başa çatıb

İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə İRNA müxbiri ilə müsahibəsində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərdə müsbət irəliləyişlərin inkişaf prosesinə toxunaraq deyib: “Tehranla Bakı arasında münasibətlərdə daha çox mobillik istiqamətində yaxşı razılaşmalar əldə olunub.”

Mənbə əlavə edib: “Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq. İki ölkə rəsmilərinin diplomatik və rəsmi görüşləri də gündəmdədir.”

Məlumatlı mənbə açıqlamasının davamında deyib: “İran İslam Respublikasının Bakıdakı səfiri cənab Musəvinin missiyası isə başa çatdığı üçün ölkəmizin yeni səfiri Azərbaycana göndəriləcək.”