2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin XI sinfini 19 192 nəfər bitirəcək.
Bu barədə Lent.az-ın sorğusuna idarənin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhəri üzrə 2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.
Qeyd edək ki, ümumrespublika üzrə bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.
Eyni zamanda, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165780 nəfər olacaq.
Onu da bildirək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur.
Bu il Bakı məktəblərini 19192 nəfər bitirəcək
Oxşar xəbərlər