Atatürkün vəfatından 80 il ötür

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür.
 
Moderator.az xəbər ki, 1937-ci ildə səhhətində problem yaranan Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.
 
Məlumat üçün bildirək ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri 1923-cü ildən 1938-ci ilədək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk Prezidenti olub.
 
Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və dünyəvi bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. 
 
Qeyd edək ki, o, qaraciyər sirrozundan dünyasını dəyişib.