“Ora necə, nə vaxt, nədən ötrü getdiyi barədə maraqlanmıram”
Xəbər verildiyi kimi, Azərbaycanın tanınmış hüquqşünaslarından biri olan, bir neçə dəfə siyasi məhbus həyatı yaşayan Qurban Məmmədov mühacirətə gedib. Artıq hüquqşünas sığınacaq almaq üçün İngiltərə hökumətinə müraciət edib.
Q.Məmmədovun bu addımı atmasına səbəb yenidən həbs edilmə ehtimalları olub. Bu sayta açıqlamasında hüquqşünas barəsindəki məlumatı təsdiqləyərək bunları deyib: “Təəssüf ki, buna məcbur elədilər”.
Q.Məmmədovun nə üçün həbs ehtimallarının yenidən yarandığı suallar doğurur. Hüquqşünasın özü də bu barədə məlumat vermir.
Q.Məmmədovun sığınacaq üçün nədən Böyük Britaniyanı seçdiyi barədə ən müxtəlif ehtimallar var. Ehtimallardan biri ondan ibarətdir ki, hüquqşünasın qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun oğlu İngiltərədə yaşayır və bunun üçün hüquqşünas bu ölkəyə gedib.
S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında qardaşının oğlunun da İngiltərədə yaşadığını açıqladı: “Düzdür, Qurban Məmmədov qardaşımdır. Amma mən onunla demək olar ki, əlaqə saxlamıram. Onun İngiltərəyə getməsindən sizin kimi saytların vasitəsilə məlumat alıram. Onunla əlaqəm olmadığı üçün işləri ilə də maraqlanmıram. Sığıncaq alıb-almadığından da xəbərsizəm. Dəqiq məlumatı Qurban bəylə maraqlanan şəxslərdən ala bilərsiniz. Oğlum əmisi kimi onunla əlaqə saxlayır. Amma onun işindən nə məlumatı var, nə də onun işinə müdaxilə etmir. Qurban bəyin böyük oğlu da İngiltərədə yaşayır və oranın vətəndaşıdır. Mənim oğlumla onun oğlu tamam ayrı-ayrı şəhərlərdə yaşayırlar. Oğlum İngiltərənin cənubunda, onunku isə şimalında yaşayır. Aralarındakı məsafə çox böyükdür. Qurban bəyin ora gedişi barədə məlumatsız olduğum üçün şərh verə bilmərəm. Ora necə, nə vaxt, nədən ötrü getdiyi barədə nə maraqlanıram, nə də xəbərdaram”.
Sərdar Cəlaloğlu İngiltərədən sığınacaq istəyən qardaşı ilə danışmır

Oxşar xəbərlər