Almaniyada islamofob cinayətlərin sayı artmaqdadır – STATİSTİKA

2022-ci ildə Almaniyada ultra-sağçı quplaşmalarının üzvləri tərəfindən olan zorakılığın artımı qeydə alınıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, buna Almaniya hökumətinin məlumatları, o cümlədən də Almaniya Federal Cinayət Polisi İdarəsinin hesabatları dəlalət edir.

Ötən il bu ölkədə sağçı radikallar tərəfindən 23 083 cinayət törədilib.

Rəsmi məlumatlara əsasən, 2017-ci ildə ultra-sağçılar Almaniyada 20 520 cinayət törətmişdi. 2018-ci ildə bu göstərici 20 431, 2019-cu ildə isə 22 342 olmuşdu.

2020-ci ildə sözügedən cinayətlərin sayı rekord həddədək artaraq 23 604 olub. 2021-ci ildə həmin göstərici 21 964-dək azalıb.

Sənədə əsasən, ultra-sağçı ekstremistlər tərəfindən törədilmiş zorakı cinayətlərin sayı 2022-ci ildə 1138 olmuşdu. Həmin göstərici 2018-də 1156, 2019-da 986, 2020-də 1092, 2021-də isə 1042 idi.

2022-ci ildə ölkədə islamofobiya zəminində törədilmiş cinayətlərin sayında da artım müşahidə edilib.

Ötən il Almaniyada məsidlərə və müsəlmanlara qarşı 569 cinayət törədilib

Ötən ilin 1-ci kvartalında Almaniya hökuməti müsəlmanara düşmənlik təzahürləri ilə bağlı 112, 2-ci kvartalında 132, 3-cüdə 174, 4-cüdə isə 151 fakt üzrə cinayət işi başladıb. Söhbət, xüsusilə də, müsəlmanların ünvanına edilən hücumlar, təhqirlər, mülki zərərlər, təhdidlərdən və svastikanın və qeyri-etik ifadələrin istifadəsindən gedir.

Ötən il ultra-sağçılar tərəfindən Almaniyada 25 nəfər yaralanıb, onlardan biri ağır xəsarətlər alıb. Məscidlərin yerləşdiyi ərazilərdə 45 təxribat törədilib.