Aİ 96 Rusiya və İran təşkilatına sanksiya tətbiq edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Avropa Şurasının bəyanatına görə, 10-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəsi olduğu iddia edilən 89 Rusiya və 7 İran təşkilatı qara siyahıya salınıb.

Sanksiyalar paketi bu axşam qüvvəyə minəcək. “Bugünkü qərar işğalçı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verən təşkilatların siyahısını 96 əlavə təşkilata qədər genişləndirir və bununla da onlara daha sərt ixrac məhdudiyyətləri qoyur” - Avropa Komissiyasının bəyanatında deyilir. Bəyanatda həmçinin “Hərbi pilotsuz təyyarələr istehsal edən 7 İran təşkilatının ilk dəfə olaraq bu siyahıya daxil ediləcəyi” bildirilib.

Avropa Şurası qeyd edib ki, üç Rusiya bankı aktivləri dondurulan, maliyyələşdirmə və iqtisadi mənbələrdən istifadəyə qadağa qoyulan qurumlar siyahısına əlavə edilib. Aİ həmçinin Rusiyanın RT Arabic və Sputnik Ərəb telekanallarının yayım lisenziyalarının dayandırılması prosesinə başlayıb. Bundan başqa, Aİ-nin qərarına əsasən, “Aİ-nin mühüm infrastruktur və bölmələrinin idarəetmə orqanlarında hər hansı vəzifə tutmaq imkanı” da məhdudlaşdırılıb.