ABŞ-ın Fars Körfəzindəki əlçatmaz xəyalları!

İran ticarət gəmilərinin dənizdən təhlükəsiz keçməsi üçün beynəlxalq qaydaları həyata keçirməyə borcludur.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verdiyi açıqlamada “Bu gün Müdafiə Nazirliyi Fars körfəzində müdafiə mövqeyimizi gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirməyə başlayacaq” dedi.

İranın son iki ildə beynəlxalq sularda ticarət gəmilərini təhdid etdiyini iddia edən Kirbi, ölkəsinin Hörmüz boğazı və Babül Mandəəp də daxil olmaqla Yaxın Şərq sularında naviqasiya azadlığının təhlükə altına düşməsinə icazə verməyəcəyini iddia edib. Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması Hörmüz boğazında patrulları artırmaq istədiyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığından (NAVCENT) verilən yazılı açıqlamada, aşağıdakılar irəli sürülüb: “İranın bu yaxınlarda ticarət gəmilərini qeyri-qanuni ələ keçirməsindən sonra ABŞ-ın 5-ci Donanması bölgədəki müttəfiqləri və tərəfdaşları ilə gəmilərin və təyyarələrin daha çox patrulunu təmin etmək üçün işləyir”.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı, 5-ci Donanma və Birgə Dəniz Missiyalarının komandanı kontr-admiral Bred Kuper deyib: “İranın ədalətsiz, məsuliyyətsiz və qanunsuz olaraq ticarət gəmilərini ələ keçirməsi və təcavüzü dayandırılmalıdır. ABŞ-ın 5-ci Donanması və tərəfdaşlarımız bu kritik sularda naviqasiya hüquqlarının qorunmasına sadiqdirlər."

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Küveytin xarici işlər naziri Salim Abdullah Əl-Cabir Əl-Sabah ilə görüşündə İranın ticarət gəmilərinə təzyiq göstərməsinin beynəlxalq qanunları pozduğunu, regionun təhlükəsizlik və sabitliyini pozduğunu iddia edib. İrana qarşı qara təbliğat davam edərkən, Qərb mətbuatında İran narkotiklərini daşıyan gəminin ABŞ tərəfindən ələ keçirildiyi iddia edildi.

Amerika Hollivud ssenarisi əsasında İranofobiya layihəsinin müxtəlif hissələrini həyata keçirməyə çalışır. Amma beynəlxalq hüquqa görə, İran İslam Respublikasının öz ərazi sularında öz təhlükəsizliyi və mənafelərini müdafiə etmək üçün qanuni haqqı var və bu ərazilərin “azad sular” kimi müəyyən edilməsində israrlı olması beynəlxalq dəniz hüququna ziddir.

Beynəlxalq hüquqa görə, Fars körfəzi və Ərəb dənizinin əhəmiyyətli hissəsinə sahib olan İran ticarət gəmilərinin dəniz yollarından təhlükəsiz keçməsi üçün beynəlxalq qaydaları həyata keçirməyə borcludur. Beynəlxalq dəniz qanunlarına görə, xarici gəmilər zərərsiz keçməlidir, sahilyanı ölkələrin qanunlarına tabe olmalı və ekoloji prinsiplərə əməl etməlidir. Bununla belə, döyüş gəmiləri və sualtı qayıqlar da zərərsiz keçidlə bağlı beynəlxalq qanunlara riayət etməyə borcludurlar.

Güclü və məsuliyyətli dəniz donanmasına malik olan İran bütün bu beynəlxalq öhdəlikləri yerinə yetirməklə yanaşı, digər ölkələri də bu prinsiplərə əməl etməyə dəvət edir və istənilən ölkəyə məxsus gəminin törətdiyi pozuntularla üzləşməyə borcludur. Qərblilər İranın xarici gəmiləri ələ keçirdiyini iddia edirlər. Lakin sübutlar göstərir ki, bu gəmilər beynəlxalq hüququ pozur, digər gəmilərin təhlükəsiz keçidini təhlükə altına alır və beynəlxalq qaydalara əməl etmir.

Digər tərəfdən, beynəlxalq hüquqa görə, ABŞ və Böyük Britaniya kimi ölkələrin bu bölgədə heç bir hüququ yoxdur və onların Fars körfəzində mövcudluğu yalnız dağıntı və təhlükəsizliyə səbəb olub. Eyni zamanda Amerika İranı regional və dünya təhlükəsizliyini pozan ölkə kimi təqdim etməyə çalışır.

ABŞ-ın Qərbi Asiyada mövcudluğu həm quruda, həm havada, həm də dənizdə böhranlar yaradır, ona görə də onun bölgədən çıxarılması regionda sülh və sabit təhlükəsizlik üçün zəmin yarada bilər və bununla da gəmilərin dəniz ticarətində zərərsiz keçidini təmin edə bilər.  ABŞ regionda İrana qarşı müttəfiqlik qurmaq iddiasında olduğu halda, regionda baş verən proseslər region ölkələrinin İran İslam Respublikasına dərin etimadını və hər kəsin ABŞ-ın təktərəfliliyindən uzaqlaşmaq səylərini göstərir.

İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası, İranın BƏƏ və İraqla təhlükəsizlik sazişləri imzalaması, İran-Oman hərbi-təhlükəsizlik müqavilələri və ərəblərin İranın strateji müttəfiqi olan Suriyanı Ərəb Liqasına qaytarmaq qərarı , ABŞ İran əleyhinə təşəbbüsün nəticə verməyəcəyinə aydın sübutdur.

İranın quruda terrorizm və beynəlxalq açıq dənizlərdə dəniz quldurluğu ilə uğurlu mübarizəsi və Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsində mühüm rolu region ölkələrində etimadın yaradılmasında mühüm rol oynayıb. Bunlar onu göstərir ki, regionun xarici güclərə ehtiyacı yoxdur.

Ona görə də amerikalıların İrana qarşı əsassız iddialarını eyni münasibətlərin təkrarı kimi qiymətləndirmək olar. Çünki ABŞ bütün dünyada zəifləyən qüdrətini ört-basdır etməyə çalışarkən ABŞ əsgərlərinin bölgədən tamamilə çıxarılması tələbləri gücləndi.