24 April 2024

Fanatik yəhudi mühacirlər Məscidül-Əqsaya basqın edib

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, Pasxa bayramının ilk günündə 219 fanatik yəhudi köçkün Məscidül-Əqsanın həyətinə daxil olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, şahidlər bildiriblər ki, sionist İsrail polisi səhər saatlarından etibarən Məscidül-Əqsanın qapılarını bağlayıb, müsəlmanların içəri daxil olmasına mane olub.

Pelosi Netanyahunu istefaya çağırıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri İsrailin baş naziri Benyamin Netanyahunu yəhudi dövlətinin Qəzza zolağındakı siyasətinə görə istefaya çağırıb.

Nensi Pelosinin sözlərini "Sky News" sitat gətirir.

O, bildirib ki, ABŞ İsrailin müdafiə hüququnu tanıyır, lakin Qəzza zolağında ölən fələstinlilərin sayı həddən artıq çoxdur.

“Mübariz” filminin təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz” filminin təqdimatı keçirilib. 

"Unikal" xəbər verir ki, BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Vəkil: İstintaq tərəfi Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məsələnin həllini üzərinə götürüb

Aprelin 24-də Bakı şəhər Xətai Rayon Məhkəməsində “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlə bağlı iclas keçirilib. Vəkil vəsatəti geri götürüb.

Vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib ki, vəsatətin geri götürülməsinin səbəbi, istintaq tərəfinin Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məsələnin həllini üzərinə götürməsi olub.

Türkiyə Rusiya qazını Avropaya ötürən yeganə ölkə olacaq

Ukrayna “Qazprom”la tranzit müqaviləsini uzatmaq istəməsə, Türkiyə Rusiya qazının Avropaya yeganə ötürücüsü olacaq.

Bu barədə Türkiyənin “TBNG” neft-qaz şirkətinin baş direktoru Sinan Furat “Milliyet” qəzetinə danışıb.

O xatırladıb ki, “Qazprom” ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında mövcud tranzit müqaviləsi 2024-cü ilin sonunda başa çatır:

“Yuventus” İtaliya Kubokundakı rekordunu yeniləyib

İtaliyanın “Yuventus” klubu ölkə kuboku tarixindəki rekordunu yeniləyib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, “qoca sinyora” 22-ci dəfə İtaliya Kubokunun finalına vəsiqə qazanmaqla uğurlu seriyanı davam etdirib.

“Ağ-qaralar” yarımfinalda “Latsio” komandasına iki oyunun nəticəsinə (2:0, 1:2) əsasən qalib gələrək, həlledici mərhələyə yüksəlib.

ABŞ-ın İraqdakı bazasına raket hücumu edilib

ABŞ rəsmisi İraqın qərbində ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket hücumu edildiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sğzügedən hücumun İraqdakı bazalara fevral ayından bu yana ikinci hücum olduğunu ifadə edən səlahiyyətli bildirib: 

"Dünən Əyn əl-Əsəd aviabazasına hücum olub, heç bir xəsarət və dağıntıya səbəb olmayıb. Bu, fevralın 4-dən bəri ABŞ qüvvələrinə ikinci hücumdur.".

Ərdoğan Netanyahunu Hitlerlə müqayisə etdi

İsrailin baş naziri Benyamin Netanyahu “zəmanəmizin Hitleri”dir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bilməliyik ki, indiki Hitler, Netanyahu və onun əlaltıları məsuliyyətdən qaça bilməyəcəklər. Nə qədər qaçsa da, onun arxasınca gələcəyik. Bir gün ədalət günahsızı və məzlumu istəyəcək”, - deyə Ərdoğan müqayisə edib.

Ermənistanda qondarma “soyqırımı” yürüşünün iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını yandırıb

Ermənistanın paytaxtı İrəvanda Respublika meydanından Osmanlı Türkiyəsində erməni “soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb.

APA-nın Ermənistan mediasına verdiyi xəbərə görə, məşəl yürüşünün iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

MBH üzvü Amal Əhmədli 3 il müddətinə azadlıqdan məhrum edilib

Aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Əhmədli Amala hökm oxuyub. Məhkəmə onun barəsində CM-nin 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham aktına baxıb.