Türkiyə İsrailə qarşı soyqırımı ilə bağlı BƏM-də qaldırılan iddiaya qatılacaq

Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırımı ilə bağlı qaldırdığı iddiaya qatılmaq qərarına gəlib.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, hüquqi işlər yaxın zamanda tamamlanacaq və Türkiyə Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi olaraq müraciət edəcək.

 

 

APA