Diqqət! Missioner təşkilatlarnın qurbanı olmayın

İllər öncə az qala hər ev, hər mənzil dolaşaraq insanları müxtəlif din və sektalara dəvət layilələri qısa zaman kəsiyində hakimiyyətin sərt müdaxiləsi ilə dayandırıldı. Azərbaycanı dinlərin paliqonuna çevirməyə çalışan missionerlərin ölkədə fəaliyyətlərinə rəsmi qadağa verilərək bu layihələr başladığı kimi də sona çatdırıldı.

Hər kəsə bəllidir ki, missioner fəaliyyətlər nə qədər şirin, qulağa xoş sətirlərlə danışırsa mütləqdir ki, onun bu işdə xüsusi marağı və məqsədi vardır. Birmənalıdır ki, əhalisinin böyük əksəriyyəti müsəlman, İslam dininə inanclı olan bu xalqın dini mənsubiyyətinə ünvanlı bu fəaliyyət müxtəlif din və sektaların təbliğatı ilə ölkənin sabitliyə yönəli məkirli planın icrası üçün hazırlanmış bir tələdən başqa bir şey deyil.

Mövzuya yenidən qaydışa səbəb isə artıq bir neçə aydır Bakı ətrafı kənd və qəsəbələrdə aktivləşən bir qrupun fəaliyyəti ilə bağlıdır. İki-iki olaraq evlərin qapısını döyən gənclər çox sakit və olduqca böyük əxlaq nümayiş etdirir, ailələrə kitabçalar verməklə onları “həqiqətə” dəvət edirlər.

Paylaşdığı kitabçalarda xristianlığa dəvət əks olunan bu sektanın qeydlərinə əsasən onlar Yehovanın Şahidlərinə aiddirlər. Kitabçaları verərək oxumağı təklif edən sekta üzvüləri məlumatla yaxından tanışlıq üçün şəxslərə müəyyən vaxt tanıyıb bir müddətdən sonra geri dönəcəyini bildirirlər. 

Növbəti dəfə geridönüş edərkən isə artıq onlar öz təbliğləri üçün lazım olan ilkin vəziyyəti yarandığına şahid olduqda ailə ilə daha yaxın əlaqələr qurur və onlara yeni kitablar verirlər.

Şübhəsiz kitablarda İbrahim peyğəmbər (ə) , İsa və Musa peyğəmbərlər (ə) barəsində məlumat, xristianlıq və büdpərəstlikdən fərqli olaraq Allahın varlığından nümunələr din haqqında zəif düşüncəsi olanlarda azma ehtimalını artırır.

Buna görə də hər kəsdən yalnış təsirlərə düşməmək üçün qapını çalan və sizi hər hansı bir pulsuz ədəbiyyatla “marifləndirmək” üşün cəhd göstərən tanımadığınız şəxslərlə bağlı ehtiyatlı davranmanız tövsiyyə olunur.

Bir zamanlar yalnış təsirlərə laqeyd yanaşmamız bu gün Suriya bataqlığında öldürülən Azərbaycanlı vətəndaşların acı durumu, qadınların isə əsirlikdə olması kimi təcrübəni bizə unutdurmamalıdır.