GMİ-nin şeyxi və müftiləri Azərbaycana səfərə gəliblər

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyxi Hacı Faiq Nəbiyev, müftilər Etibar Eminov və Adam Şantadze bu gün QMİ-nin dəvətilə Azərbaycana səfər ediblər.

GMİ-nin din xadimlərilə birlikdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev də Bakıya gəlib.

Gürcüstanlı din xadimləri Azərbaycanda keçirilən tədbirlərdə iştirak edəcəkləri üçün Bakıdadırlar.