BMT: Qəzzada hər gün 37 uşaq anasız qalır

Qəzza sektorunda hər gün 37 uşaq anasını itirərək yetim qalır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

Qəzzadakı münaqişə qadınlara qarşı müharibə olaraq qalmağa davam edir. 10 mindən çox (fələstinli) qadın qətlə yeirilib, daha 19 min qadın isə yaralanıb“, – deyə qeyd edilib.

Bildirilib ki, “hər gün 37 uşağın anası həyatını itirir“.

Şərait dəhşətlidir: 150 mindən çox hamilə qadın və süd verən ananın su və gigiyena vasitələrinə məhdud çıxışa sahibdir“, – deyə əlavə edilib.