Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir

Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan nəşrin Vaşinqtonda təşkil etdiyi tədbirdə deyib.

Sallivanın sözlərinə görə, bu, Amerika tərəfinin Yaxın Şərqdə sülhün bərqərar olması üçün zəruri olan vəziyyətə “hərtərəfli baxışıdır”. Prezidentin köməkçisi qeyd edib ki, bura “ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun addımlar daxildir”. "Bütün bunlar bir araya gəlməlidir, bir hissəni digərlərindən ayırmaq mümkün deyil" – Sallivan deyib.

Birmənalıdır ki, 35 mini keçən fələstinlilərin soyqırımı İsrail müttəfiqi olan Amerika üçün o qədər də önəmli məsələ deyil. İsraillə soyuqlaşan və kəsilməkdə olan Ərəbistan münasibətləri isə ABŞ-ın diqqətindədir. Sallivanın bu mövzuda fələstinlilərin adını çəkməsi əslində gizlədiyi maraqlarından başqa bir şey deyil. Bunu İsrailin Qəzzaya hücumundan bu günə qədər olan vəziyyətlərdə ABŞ öz addımı ilə nümayiş etdirib.

Qeyd edək ki, Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla danışıqlar aparır.