Bəhreyn müqavimət dəstələri Eylata ilk hücum gerçəkləşdirdi

Bəhreyn İslami Müqaviməti Əştar Briqadaları Eylatda fəaliyyət göstərən sionist quru nəqliyyatı şirkətinin qərargahını vurub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Bəhreyndə İslami Müqavimət Əştar Briqadaları tərəfindən verilən açıqlamada bildirilib:

Sionist rejimin (Trucknet) işğal altındakı Fələstinin Umm ər-Rəşrəs şəhərində (Eilat) quru daşımalarına cavabdeh olan şirkətin qərargahı Fələstin davasına və Qəzzada müqavimət göstərən xalqa dəstək məqsədilə pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

O vurğulayıb ki, Bəhreyn müqaviməti bütün səviyyələrdə Qəzzə xalqına öz fəaliyyət və dəstəyini davam etdirəcək və sionistlərin Qəzzaya təcavüzü dayanana qədər öz əməliyyatlarını dayandırmayacaq.

Əştar Briqadaları Bəhreyndə fəaliyyət göstərən və Bəhreyn şiə müsəlmanları tərəfindən yaradılan təşkilatdır. Deyilənə görə, adını Həzrət İmam Əlinin (ə) Misirdəki nümayəndəsi Malik Əştərdən götürüb.