İraq İslam müqavimət qüvvələri ilk dəfə olaraq Təl-Əvivi raketlə hədəfə aldı

İraq İslam Müqavimət qüvvələri cümə günü səhər saatlarında işğal olunmuş ərazilərdəki "Bəər əs-Sabah" bölgəsindəki həyati bir hədəfi raket hücumu ilə hədəfə aldığını elan edib. Bu hücum cümə axşamı günortadan sonra "Kruz" raketləri ilə həyata keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraq İslami Müqaviməti elan edib: sionist rejimin işğalçı siyasətinə etiraz olaraq, Qəzza xalqına qarşı törədilən soyqrıma və fələstinli mülki şəxslərə qarşı həyata keçirilən cinayətlərinə cavab olaraq, raket hücumları həyata keçirdik.
Əl-Məyadin şəbəkəsi həmçinin bildirib ki, Tel-Əviv ilk dəfə olaraq İraq ərazisindən hücuma məruz qalıb.İraq İslami Müqaviməti cümə axşamı səhər saatlarında işğal altındakı Fələstinin Eylat limanında mühüm hədəfə PUA-la hücum etdiyini açıqlayıb.