"Bavariya" "Real"la heç-heçə etdi

Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "Bavariya" "Real"ı qəbul edib. "Allyanz Arena"da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.