Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində uğursuz çıxış ediblər

Azərbaycan cüdoçuları Tacikistanın paytaxı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış ediblər.

Operativtv.com Report-a istinadən xəbər verir ki, yarışın ilk günündə 5 idmançımız tatami üzərinə çıxıb.

Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Açeliya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanırlar.