Ayətullah Şəhristani İstanbulda “Kövsər” Mədəniyyət Mərkəzini ziyarət edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İstanbulda fəaliyyət göstərən “Kövsər” Mədəniyyət Mərkəzi İraqdan yüksək səviyyəli qonağı qəbul edib.

Böyük mərcə təqlid Ayətullah Əl Üzma Sistaninin tam səlahiyyətli Ayətullah Şəhristani Türkiyə səfəri çərçivəsində EHLADER-in dəvəti ilə “Kövsər” Mədəniyyət Mərkəzini ziyarət edib.

Ziyarət münasibəti ilə təşkil edilən izdihamlı məclis Əhli-Beyt Alimi Alican Görelin Qurani-Kərim tilavəti ilə başlayıb.

İclasın əvvəlində EHLADER-in sədri Kadir Akaras Ayətullah Şəhristani, onu müşayiət edən nümayəndə heyətini və toplantıda iştirak edən qonaqları salamlayıb.
Ehlader Başçısı Kadir Akaras, yığıncağın əvvəlində etdiyi çıxışda, başda EHLADER olmaq üzrə “Kövsər” Qurumları və işlər haqqında məlumat verib.

EHLADER, Kövsər Yayınçılıq, Beynəlxalq Kövsər Humanitar Yardım Dərnəyi, Əhlibeyt Gənclik Dərnəyi və O4 TV haqqında məlumat verən Akaras görülən işlərdən danışıb.

Ayətullah Şəhristani də iclasda qısa bir çıxış edərək müsəlmanların birliyinin vacibliyinə işarə edib. İslam dünyasında təfriqələri gündəmə gətirmək cəhdinin düşmən oyunu olduğunu bildirən Ayətullah Şəhristani müsəlmanlar arasında vəhdət və birliyə nail olmağın vacibliyini vurğulayıb.
Görüşdən sonra Ayətullah Şəhristani və onu müşayiət edən nümayəndə heyəti On4 televiziyasının studiyalarında olub, kanal və yayımlar haqqında məlumat alıb.