Bakıda tələbələr saqqala görə dərsə buraxılmayıb

Bakı Biznes Universitetində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar. Bu barədə sosial media üzərindən paylaşılan çoxsaylı videolarda tələbələr özləri məlumat verirlər.

Saqqallarına görə dərsə buraxılmadığını söyləyən tələbələr bunun nəticədə dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər.

Heş bir qanunda əks olunmayan bu qadağanı universitetin prorektoru Cavidan Heydərov yalanlasa da, həqiqət öz həqiqətliyini qoruyur. Tələbələr unverstetə buraxılmayıb. Qanunla isə saqqala görə dərsə buraxılmamaq kimi qadağa nəzərdə tutulmayıb.

Rektor tələbələrin təhsil müəssisəsinin daxildə deyil, çölündə olmalarına da görməzdən gəlib.

Daxili qanunların tətbiqi olaraq görünən bu addımda qızlar da yer alıb. Belə ki, onlar da universitetə bəzi geyimləri ilə bağlı qadağa qoyulduğu üçün buraxılmadığını bildirirlər.