Səhhətində ciddi problemlər olan məhbus müalicə mərkəzinə köçürüləcək

Bir müddət öncə sizə Gəncə təcridxanasıında saxlanılan və səhhətində ciddi problemlər olan Elnur Cəfərov haqqında məlumat vermişdik. Son məlumatlara görə Elnur Cəfərov müəssisənin həkim heyəti tərəfindən müayinə olunub. Onun səhhətində olan problemlərin incələnməsindən sonra müəssisənin baş həkimi onun Pentesiar Xidmətin Müalicə Mərkəzinə göndərilməsi barəsində qərar verib.

Məlumatı E. Cəfərov özü bildirib. Onun sözlərinə görə aprelin 26 da müəssisənin baş həkiminin də iştirakı ilə o, müayinə olunub. Qərar olaraq onun tam və dəqiq müayinə olunması üçün Baki şəhərində yerləşən Pentesiar xidmətin nəznində olan Müalicə Mərkəzinə göndərilməsi qərarı verilib.

Elnur Cəfərov bildirib ki, qərar həftəiçi müəssisə rəhbərliyinin təsdiqini aldıqdan sonra həftəsonu göndəriş gerçəkləşməlidir.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Elnur Cəfərov 25 yanvar 2023-cü ildə Gəncədə, inanclıların kütləvi həbsi dövründə saxlanılıb. Narkotik maddələrlə bağlı ittiham edilən inanclı bir ildən artıq bir müddətdir ki, saxlanıldığı təcridxanada ciddi xəstəliklər tapıb.

Ailə tərəfindən göndərilən dərmanlarla kor-təbii müalicəsi isə onun hərəkət imkanlarının məhdudlaşmasına gətirib çıxarıb. Kəskin ürək ağrıları, remmatizm kimi ürək aritmiyasının pozulması, mədə-bağırsaq problemləri onun durumunda ciddi çəki itirməsi kimi çoxsaylı problemlərlə yol açıb.