Penitensiarda özbaşnalıqlar davam edir: “Tapşırıq belədir ki, bura gələn bütün hərəkat üzvüləri karsa salınsın”

Aprelin 26-da 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Sadıqov Ələkbər İsrafil oğlu karserə salınıb. 

Bu barədə məlumatı Ələkbərin ailəsi bildirib. 

Onların sözlərinə görə Ələkbər həbsxanada karantinə alınmadan birbaşa karserə salınıb. Həm də bu karantin müddəti 14 gün yox, bütünlükdə 2 ay boyunca təsdiqlənib.

Təbii olaraq ailə bunun hansı səbəbə icra edilidiyini, heç bir qanun pozmadığı halda Ələkbər Sadiqovun cəza karserinə salınma əsasını soruşduqda müəssisə rəhbərliyi bildirib ki, qərar rəhbərliyindir. Tapşırıq belədir ki, bura gətirilən bütün Müsəlman Birliyi Hərəkatının (MBH) üzvüləri karserə salınsın.

Rəhbərlik bunu bir neçə gün öncə müəssisədən köçürülən və hal-hazırda 1 saylı təcridxanada saxlanılan Samir Babayevlə əlaqələndirib. Belə ki, Samir Babyevlə problem yaşayan pentensiar bunu cəza olaraq bütün hərəkat üvzülərinə şamil edərək MBH üzvülərindən hər kəsi karserə salma göstərişi verib. 

Qanunun belə “işlək” forması yalnız bu hakimiyyətin idarəçiliyi və “müasir” Penitensiar Xidmət tərəfindən gerçəkləşə bilər deyə, bu məsələ növbəti dəfə cəzaçəkmə müəssisələrində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

Ailə məsələ ilə bağlı müxtəlif instansiyalara şikayət etmək fikrindədirlər.

Xatırladaq ki, Sadığov Ələkbər İsrafil oğlu 1 aprel 2023-cü il tarixində saxlanılıb. Saxta narkotik maddələrlə ittihama məruz qalan MBH üzvü 2024-cü il fevralın 1-də 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.