Apellyasiya Məhkəməsi Elvin Quliyevin cəza müddətini endirib

Aprelin 30-da Şirvan Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Quliyevin şikayət ərizəsinə baxıb. İnanclı Apelliyasiya Məhkəməsinə etdiyi müraciət 2024-cü il fevralın 1-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.4-3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə çıxarılan 5 il müddətinə azadlıqdan mərhumetmə cəzasından verilən şikayət əsasında təyin olunub.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda müdafiə tərəf də iştirak edib. Vəkilin müvəkkili ilə bağlı sübutların yetərli olmaması və Elvin Quliyevin inanclı olaraq narkotiklərlə bağlı narkoloji nəticələrinin neqativ göstəriciləri hakimə təqdim edib. Hakim vəsadətləri araşdırdıqdan sonra Elvin Quliyevin 5 il azadlıqdan məhrumetmə cəzasını 4 ilə endirib. 

Xatırladaq ki, Elvin Quliyev 2023-cü il mart ayının 10-də saxlanılmış və barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2024-cü ilin fevralın ilk günündə Lənkəran Ağır Cinayətlər Məhkəməsi Elvini saxta ittihamda müqəssir bilərək 5 il müddətinə azadlıqdan məhrum etmişdi. 

2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə ölkədə inanca qarşı reperessiyanın yer aldığı təmizləmə siyasəti səbəb olaraq göstərilir. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıların sayı mindən artıqdır.