22 April 2024

Ayətullah Xameneidən İsrailə hücumla bağlı açıqlama: Allahın vədi mütləqdir!

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən səhər saatlarında İran Silahlı Qüvvələrinin komandirləri ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ayətullah Xamenei İran Silahlı Qüvvələrini sionist rejimə qarşı son əməliyyata görə tərifləyərək dedi:

Şeyx Zəkzaki: İran "İsrailin məğlubedilməzliyi" illuziyasını məhv elədi

"İran "İsrailin məğlubedilməzliyi" illuziyasını məhv elədi!".

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkatının Rəhbəri Şeyx İbrahim Zəkzəki Nigeriyada bəzi dini qurum rəsmiləri və ictimai fəallarla görüşündə “Doğru vəd” əməliyyatına toxunaraq deyib:

"İranın İsrailə hücumu dünyanın hər yerində bütün dinlərdən olan məzlum insanların qəlbində ümid yaratdı.".

Azərbaycan İran-İsrail münaqişəsinə cəlb oluna bilərmi?

Təhlilçilər narahatdırlar ki, İran-İsrail münaqişəsi qızışsa, miqyası böyüsə, Azərbaycan bu qarşıdurmanın bir hissəsinə çevrilə bilər

2024-cü ildə, İranın İsrailə dron hücumu etdiyi bir dönəmdə durum bir az fərqlidir.

Azərbaycan və İran son illərin gərgin münasibətlərini tənzimləmiş kimi görünürlər. Azərbaycan həm də Tehranın və Moskvanın qatıldığı 3+3 formatına meylli görünür.

Jurnalist Hafiz Babalı hüquq mühafizə orqanlarının rəhbərlərinə və ombudsmana müraciət edib

Qaçaqmalçılıqla sərhəddən valyuta keçirməkdə ittiham olunan jurnalist Hafiz Babalı Baş prokurora, daxili işlər nazirinə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə və ombudsmana müraciət edib.

Jurnalist hesab edir ki, həbs edilməsi üçün hər hansı qanuni əsas yoxdur.

İsrail Rəfah şəhərinə hava zərbəsi endirib, 24 fələstinli həlak olub

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki əraziyə raket zərbələri endirib.

Operativtv.com bu barədə APA-ya istinadən məlumat yayıb.

Hava hücumu nəticəsində iki yaşayış binası dağıdılıb.

Hadisədə 16-sı qadın və 6-sı uşaq olmaqla 24 nəfər həlak olub.

Xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.