Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi baxılmadan yekunlaşıb

Aprelin 29 da Xətai rayon Məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında məhkəmə iclası baş tutub. Məhkəmə Şeyx Sərdarın 7 saylı Cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına (kars) salınması ilə bağlı işə baxıb.

 Məhkəmə baş tutsa da hakim edilən şikayət və qaldırılan vəsadətlərə baxmadan işi yekunlaşdırıb. O, işə baxmaq hüququnun olmadığını bəhanə edərək məhkəməni sona çatdırıb.

Şeyx Sərdar Hacıhısınlinin vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə guya bu işə baxmaq səlahiyyətinin olmadığını əsas gətirərək şikayətə baxmayıb. Ancaq məhkumun şikayət etmək hüququ olduğu kimi məhkəmə də bu şikayəti araşdırmalı idi. Lakin ruhani Sərdar Babayevin (Hacıhəsənlinin) işi məhkəmə araşdırmadan ona xitam verib.

Vəkil adları izahatda qeyd edilən şəxslərin belə dindirilməməsini bildirərək bunun qanuna müvafiq olmadığını söyləyib. Şeyx Sərdarın hər hansı bir pozuntusuna yol vermədiyini bildirən vəkil qeyd edib ki, ruhani müəssisəyə gələn gündən karserə salınıb. Onun hər hansı bir hüquq pozuntusu etmək üçün vaxtı belə olmayıb.

Vəkil Elçin Sadıqov qərarın tamami ilə qanunsuz olduğunu bildirib. Şikayətin təmin olunmaması ilə bağlı apellyasiya şikayəti verəcəklərini bildirib.