17 April 2024

Vətən müharibəsi iştirakçısı intihar etdi

Daha bir Vətən müharibəsi iştirakçısı intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevirdə Koroğlu küçəsi 23 ünvanında baş verib. Belə ki, 1997-ci il təvəllüdlü 44 günlük Vətən müharibəsi iştirakçısı Hacıyev Mircalal Hidayət oğlu yaşadığı evdə özünü asaraq öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məhkəmə Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı qərar verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş MTN-çi Səlim Məmmədov və “Vasmoy Bazar” kimi tanınan 8-ci kilometr bazarının keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdi. Ç.Əsədov “Vasmoy Bazar”ın ona qaytarılmasını tələb edib.

Gürcüstanda müxalifət etiraz aksiyası çağırışı edib

Gürcüstanın müxalif partiyalardan olan deputatları hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə birinci oxunuşda dəstəkləməsi ilə əlaqədar etiraz aksiyası çağırışı edib.

Parlament müxalifəti vətəndaşları “ölkənin gələcəyinin qorunması üçün” axşam saat yeddidə parlamentin qarşısına toplaşmağa çağırıb. Deputatlar birgə bəyanatlarında hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı qətiyyətli mübarizəyə başlayacaqlarını bəyan ediblər.

Pakistan beynəlxalq ictimaiyyətə müraciət etdi: İsrailin təcavüzü cəzasız qalmamalıdır

Pakistanın BMT-dəki daimi nümayəndəsi deyib: İsrailə göstərmək lazımdır ki, qəzzalılara qarşı törətdikləri cinayətlərə görə cazalanacaqlar. Bu səbəbdən dünya ölkələri təcavüzkar hərəkətlərinə görə bu rejimi ticarət və silah embarqosu ilə cəzalandırmalıdır.

Naim Qasim: Müqavimət düşmənlə mübarizədə bütün məqsədlərinə çatıb

Hizbullah baş katibinin müavini düşmənin müqavmət tərəfindən üçüncü dəfə uğursuzluğa düçar olduğunu və Amerikanın "Yeni Yaxın Şərq" layihəsini aradan qaldırdığını vurğulayaraq: "İşğalçı düşmənlə indiki münaqişəmizdə minimum gücümüzdən istifadə edərək bütün məqsədlərimizə nail ola bildik” deyib.

“İşğalçı sionist rejimin yolu amansızlıq və qəddarlıqdır və bu rejimin süqutu qaçılmazdır. Amma Fələstinin yolu cihad, şəhadət və səbirdir və qələbəsi yaxındır.

İran əməliyyatında 44 İsrail zabiti öldürülüb

İranın aprelin 13-də İsrailə qarşı başlatdığı əməliyyatın təfərrüatları müəyyənləşib. Müxtəlif agentliklərin məlumatına görə, əməliyyatda 44 israilli zabit həlak olub.

İranın aprelin 13-də İsrailə qarşı başlatdığı əməliyyatın rəqəmləri rəsmi hesabatlar və müxtəlif xəbərlər toplanaraq müəyyən edilib. Toplanan məlumatlar aşağıdakı kimidir:

Stefan Şennak: Azərbaycan hakimiyyəti həbs olunmuş jurnalistləri azad etməlidir

Jurnalistlərin vəzifələrini yerinə yetirdiklərinə görə həbs edilməsi qətiyyən yolverilməzdir.

Bunu Amerikanın Səsinə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak bildirib.

“Əgər neft və qazı satmaqla hər şeyi riskə ata biləcəyinizi düşünürlərsə, yanılırlar. Azərbaycan artıq bununla bağlı çoxsaylı beynəlxalq siqnallar alıb”, o bildirib

Fələstin tərəfdarı nümayişçilər ABŞ-ın böyük şəhərlərində magistral yolları və körpüləri bağlayıblar

Fələstini dəstəkləyən nümayişçilər İllinoys, Kaliforniya, Nyu-York və Sakit okeanın şimal-qərbində magistral yolları və körpüləri bağlayıblar.

Nəticədə Çikaqodakı O'Hare Beynəlxalq Hava Limanına giriş müvəqqəti olaraq bağlanıb, Qolden Geyt və Bruklin körpüsündə, eləcə də ABŞ-ın qərb sahilində sıx ştatlararası yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Atası həbsdə olan bloqerlə görüşüb

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan bloqer Arzu Sayadoğlu ilə dünən, aprelin 15-də atasının görüşdüyü bildirilir.

"Arzunun səhhəti yaxşıdır. Saxlanma şəraitindən narazılığı yoxdur. Şüşə arxasından görüşdük. O dedi ki, günahı yoxdur. Bizim ailəmiz çox çətinlik çəkir. Atayam, oğlumun həbsinə dözə bilmirəm", - bloqerin atası Səyyad Məmmədov bildirir.

Fransa Azərbaycandakı səfirini geri çağırıb

Rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, qərarın səbəbi "Azərbaycanın iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir".

Fransa tərəfi təfərrüatları açıqlamır.

Aprelin16-da səfir Ann Buayonu prezident Emmanuel Makron qəbul edib.