14 April 2024

İsrail İranın hücumunu dəf etmək üçün bir gecədə 1,3 milyard dollar xərcləyib

İranın yüzlərlə raket və pilotsuz uçuş aparatını dəf etmək İsrailə bir gecədə 1,3 milyard dollara başa gələ bilər.

Bu barədə “Ynet” portalına İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının maliyyə üzrə keçmiş müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah bildirib.

“Bir gecədə dörd-beş milyard şekel (1-1,3 milyard ABŞ dolları - Qeyd)” deyə, general bildirib ki, bu məbləğ İranın özünün hücuma görə ödədiyi məbləğdən xeyli çoxdur.

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

Azərbaycan Boks Federasiyasının rəsmi saytı xəbər verir ki, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Atıcımız isenziya turnirində finala yüksəldi

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya təsnifat turnirində finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xal qazanaraq buna nail olub.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib gələrsə, "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

"İran raketlərinin və PUA-larının 99 faizi tutulub" - İsraildən açıqlama

İsrail Müdafiə Qüvvələri (IDF) İsrailə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni ələ keçirib.

Bu barədə İsrailin sözçüsü Daniel Həqariyə istinadən “The Times of Israel” qəzeti yazıb.

Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı (PUA) atıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. PUA-lar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub.

Kadagişvili: Zurabişvili dövlətə qarşı hərəkət edir

Gürcüstan prezidenti Salome Zurabişvili polislərə “Molotov kokteyli” atdığına görə həbs edilmiş Qriqoriadisi əfv etməklə özünün anti-dövlət mövqeyini təsdiq edib.

Bu barədə hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kadagişvili bildirib.

Xatırladaq ki, Zurabişvili Tbilisi Şəhər Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilmiş Qriqoriadisi əfv edəcəyini bəyan edib.

KİV: İrandan göndərilən PUA-lar ABŞ, İngiltərə və İordaniya tərəfindən vurulub

Bu gecə İranın İsrailə ünvanladığı PUA-ları İsrailin havadan müdafiə sistemi ilə yanaşı bir neçə kənar dövlətin qüvvələri tərəfindən vurulub. PUA-lardan İsrailin ərazisinə düşməsi haqda hər hansı bir məlumat İsrail mediasında yer almayıb.

 Amerikaka, İngiltərə və İordaniya İranın İsrailə atdığı onlarla PUA-nı vurulmasında iştirak ediblər.

Bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.