13 April 2024

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “The News” portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb.

Tbilisidə mitinq keçirilir

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

Nümayişin keçirildiyi əraziyə polis qüvvələri cəlb edilib.

 

 

“Din xadiminin” açıqlaması yenə gündəmi qarışdırdı

Zamanla açıqlamalara gündəm olan Türkiyənin tanınmış din mütəxəssisi Səlahəddin Özgündüz bu dəfə də yeni maraqlı açıqlaması ilə diqqət çəkib. Belə ki, artıq aylardır sürən Qəzza müharibəsi ilə bağlı dünyanı bürüyən etirazlar fonunda Türkiyə xalqının Ərdoğan hakimiyyətindən İsraillə iqtisadi əlaqələri kəsmə tələbinə ruhani əks mövqe sərgiləyib. Bu həftə ənənəvi cümə xütbəsi zamanı çıxış edən Özgündüz İsraillə iqtisadi əlaqələri qorumağı əsaslandıraraq, buna İsrailin doslarının da Türkiyə ilə eyni davranışları sərgiləməsi kimi sərsəm səbəb göstərib.

ABŞ rəsmilərinin fikrincə, İranın İsrailə hücumu “hər an” baş verə bilər

İsrailin baş naziri Binyamin Netanyahunun İranın mümkün hücumuna hazırlaşmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcəyi bildirilib.

İsrailin yerli mediası baş nazir Binyamin Netanyahunun müdafiə naziri Yoav Gallant və müxalifət lideri Benny Gantz da daxil olmaqla müharibə kabinetinin üzvləri ilə görüşə hazırlaşdığını bildirib.

İranın Suriyadakı konsulluğuna və yüksək səviyyəli generallarının ölümü ilə nəticələnən hücuma cavab vermə ehtimalı bölgədə gərginliyi artırır.

Norveç Fələstin dövlətini tanımağa hazır olduğunu açıqladı

Norveçin baş naziri Jonas Gahr Store ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlayıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə o, aprelin 12-də Osloda İspaniyanın baş naziri Pedro Sançeslə görüşü zamanı deyib. 

O, belə bir qərarın verilməsi ilə konkret vaxt öhdəlikləri götürmədiyini deyib. 

Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

 Birləşmiş Ştatların Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib.

Bu barədə məlumatı “TASS“ agentliyi yayıb.

“Regional çəkindirmə səylərini gücləndirmək və ABŞ-nin bölgədəki qüvvələrini qorumaq üçün regiona əlavə qüvvələr göndəririk”, - Pentaqon rəsmisi agentliyinin əməkdaşına deyib.

O, bölgəyə dəqiq neçə hərbçi və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verməkdən imtina edib.

Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məliumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.