12 April 2024

Hakim “Abzas Media”nın jurnalistlərini zaldan zorakılıqla çıxartdırıb

Sevinc Vaqifqızı: “Xaricdə hesablarımızın olub-olmadığını araşdıranda prezidentin köməkçisinin ailəsinin Gürcüstanda tikdirdiyi şəhərciyi də araşdırın”

Aprelin 9-da “Abzas Media işi” üzrə həbs edilən jurnalistlər və onların ailə üzvlərinin xarici bank məlumatlarının əldə edilməsindən verilən apellyasiya şikayətinə baxılıb.

İsrail Qəzzanı bombaladı - TRT-nin jurnalistləri yaralandı

İsrail ordusu Qəzza zolağındakı qaçqın düşərgəsini bombalayıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, hadisə nəticəsində TRT-nin ərəb bürosunun bir qrup jurnalisti yaralanıb.

Jurnalistlər Qəzzada Nüseyrat düşərgəsində yayıma hazırlaşırmış. 

Daşkəsən istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Vilayəti: NATO-nun Cənubi Qafqazla bağlı son qərarı həyata keçməyəcək

Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri deyib: “Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir və İran bu bölgədəki bütün ölkələrin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü həmişə müdafiə edəcək, Avropa İttifaqı, NATO və ABŞ-ın bu yaxınlarda Brüsseldə qəbul etdiyi bu qərar qətiyyən həyata keçməyəcək.”

Freedom House təşkilatının yeni hesabatında Azərbaycanda avtoritarizmin gücləndiyi vurğulanır

Freedom House təşkilatı aprelin 11-də illik “Keçid ölkələri” hesabatını yayıb. Mərkəzi Avropa və Mərkəzi Asiyanın keçmiş kommunist ölkələrində demokratik vəziyyəti dəyərləndirən hesabatda 29 ölkədən 10-da demokratik geriləmə, yanlız 5 ölkənin göstəricilərində irəliləyiş qeydə alındığını vurğulanır.

Hesabata görə, 20 ildir ki, regionda demokratik idarəetmə tənəzzülə uğramaqda davam edir. Bu xüsusda Rusiya, Tacikistan və Qırğızıstanla yanaşı Azərbaycanın göstəriciləri son 20 ildə ən aşağı nöqtəsinə düşüb.

Qəzza ilə bağlı fikir ayrılığı Türkiyə-İsrail ticarət əlaqələrinə zərbə vurur

Qəzzadakı müharibə İsrail və Türkiyə arasındakı gərginliyi artıraraq, tərəfləri genişmiqyaslı ticarət müharibəsi riski altına qoyub və bu, ölkələr siyasi mövzularda mübahisə edərkən belə, uzun müddətdir davam edən ikitərəfli iqtisadi əlaqələrinə təhdiddir.

Çərşənbə axşamı Türkiyənin Ticarət Nazirliyi İsrailə alüminium, polad, bir sıra tikinti materialları, təyyarə yanacağı və kimyəvi gübrələr də daxil olmaqla, 54 kateqoriya məhsulun ixracına yeni məhdudiyyətlər elan edib.