09 April 2024

HƏMAS rəsmisi: Əsirlərin dəyişdirilməsi ilə bağlı təklif edilən plan Qəzzə əhalisinin tələblərinə cavab vermir

HƏMAS liderlərindən olan Mahmud Mərdavi bazar ertəsi axşam saatlarında mətbuata verdiyi açıqlamasında vurğulayıb ki, bu yaxınlarda təklif olunan əsir mübadiləsi planını İsrailin uğursuz və etibarsız planı hesab edirik və qəbul etmirik.

AFFA üç klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ” – “Səbail” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib.

Türkiyənin İsrailə ixracı məhdudlaşdırma qərarına İsrail cavab verəcəyini açıqladı

Artan ictimai reaksiyalardan sonra Türkiyə Ticarət Nazirliyi 9 aprel 2024-cü il tarixindən bəzi məhsulların İsrailə ixracını məhdudlaşdırmaq qərarına gəlib. İsrail hökuməti Türkiyənin razılaşmaları birtərəfli qaydada pozduğunu açıqlayıb.

Nazirlik, məhdudiyyətlərin İsrail Qəzzada dərhal atəşkəs elan edənə və kifayət qədər, fasiləsiz yardıma icazə verənə qədər qüvvədə qalacağını açıqlayıb.

Çempionlar Liqası: "Real" "Siti"yə, "Arsenal" "Bavariya"ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gələcəklər. “Kral klubu” ÇL-in ən titullu komandasıdırsa, “şəhərlilər” son çempiondur.

Ruhani Ruhullah Novruzzadəyə hökm oxunub

 Aylardır ki, sürən məhkəmə ilahiyyatçı Ruhullah Novruzzadəyə hökm oxuyub. Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruhullah Novruzzadənin son məhkəmə iclası keçirilib. Hakim prossesdə R. Novruzzadə barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Məhkəmədə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib.

Qırğızıstan mütəşəkkil cinayətkar qrupun üzvlərinin Azərbaycana təhvil verildiyini bildirir

Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil cinayətkar qrupun üzvü olan 5 nəfəri Azərbaycana təhvil verdiyini bildirir.

Qırğızıstan mediasının məlumatına görə, dəstə üzvləri Manas Beynəlxalq Hava Limanında Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.

Bu barədə Qırğız mediasında videolar da yayılıb.

AXCP kütləvi etiraz aksiyaları ilə bağlı müzakirələrə başladığını bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıda kütləvi etiraz aksiyaları təyin etməklə bağlı müzakirələrə başladığını bildirib. Bu barədə məlumatı AXCP sədri Əli Kərimli verib.

AXCP sədrinin sözlərinə görə, bir neçə ay sonra parlament seçkiləri keçiriləcək və etiraz aksiyaları ilə vəziyyəti minimal da olsa, dəyişmək niyyətindədirlər: