08 April 2024

Ərdoğan hökuməti İsrailə nəfəslik verməkdə ittiham olundu

Türkiyədə İsrail rejimi ilə ticarətə qarşı dörd günlük etiraz aksiyaları keçirilir.

Türkiyənin müxalifətdə olan siyasi partiyaları İstanbulda nümayişlər keçirərək, hökumətin İsrail rejiminə yüksək texnologiyalı sənayelərdə istifadə edilən bor metalının ixracı istiqamətindəki hərəkətini pisləyiblər.

Nümayişçilər işğalçı İsrail rejimi ilə ticarətin əleyhinə plakatlar qaldıraraq Türkiyə hökumətindən bu rejimlə hər hansı əlaqəni dayandırmasını tələb ediblər.

Yəmən: İngiltərə və İsrailə məxsus 3 gəmini vurduq

Yəmən Silahlı Qüvvələri Qırmızı dəniz, Oman dənizi və Hind okeanında İngiltərə və İsrailə məxsus 3 gəminin vurulduğunu bildirib.

 Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Əl-Mesirah televiziyasında yayımlanan çıxışında Qırmızı dənizdə bir Britaniya gəmisinin raketlərlə hədəf alındığını və gəminin tam zərbə ilə vurulduğunu bildirib.

Pakistanda partlayış törədilib, ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətində patlayıcı yüklü motosikletin partladılması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, polis rəsmisi Məhəmməd Arif Zarkon Kuzdar şəhərində baş verdiyini, yaralılar arasında bir qadın və iki polis əməkdaşının olduğunu bildirib.

Yerli mətbuat partlayışın hücum olduğunu xəbər verib.

Sayı 71-ə yüksələn MBH ailəsindən növbəti həbs

Həbslər, siyasi təzyiqlərlə dindar ovu ölkədə durmadan günahsız insanları azadlıqdan məhrum etməkdədir. Təkcə aprel ayının ilk 10 gündə həbs olunan inanclıların sayı 20-dən artıqdır. Beynəlxalq təşkilatlar, hüquq institutlarının çoxsaylı etirazlarına baxmayaraq həbslər durmadan artmaqda və öz çərçivəsini genişləndirməkdə israrlıdır.

Ötən gün-aprelin 7-də artıq sayı 71-nəfərə yüksələn daha bir Müsəlman Birliyi Hərəkatının üzvü belə bir qanunsuz həbs, şərlənmə ilə saxlanılıb.

İsraildə on minlərlə insan parlamentin qarşısına toplaşıb

On minlərlə insan İsraildə məhbus mübadiləsi və atəşkəs tələbi ilə parlament qarşısında nümayiş keçirib.

Qəzzada əsirlərin qaytarılmasına və növbədənkənar seçkilərə laqeyd münasibət göstərdiyi üçün ölkə tarixinin “ən sağçı hökuməti”nin istefasını tələb edən İsrail müxalifət qruplarının təşkil etdiyi nümayişlərdə artım müşahidə olunur.