06 April 2024

İraq Müqaviməti tərəfindən İsrailin Hayfa neftayırma zavodlarına hücum

İraq İslami müqaviməti işğal altındakı Hayfa limanındakı neft emalı zavodlarına pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraq İslami Müqaviməti bəyanat yayaraq, bu səhər işğal altındakı Hayfa limanındakı neft emalı zavodlarını pilotsuz təyyarə ilə hədəfə aldığını açıqlayıb.

Ayətullah Sistani livanlı şəhid uşağın ailəsini qəbul edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İsrailin Livanın cənubuna son hücumunda şəhid olan livanlı uşaq Əməl əd-Darın ailəsi şiə dünyasının ali məqamlı mərcə təqlidi Ayətullah Seyid Sistani ilə görüşüb.

Ayətullah Sistani şəhid uşağın ailəsinə başsağlığı verib və eyni zamanda möhtərəm Livan xalqına – xüsusən də cənubda yaşayan əhaliyə xeyir və bərəkət arzulayıb, Allahdan onları hər cür şər və bəlalardan qoruması üçün dua edib.

Jurnalist Teymur Kərimovun məhkəmə prosesi keçirilib

Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun məhkəmə prosesi keçirilib. Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Əlövsət Sadıqlının məlumatına görə, jurnalistin hazırlıq məhkəməsi vaxt çatışmazlığı səbəbindən yarımçıq qalıb.

Fələstində 200 min müsəlman Ramazan ayının son cümə günü Məscidül-Əqsada toplaşıb

Fələstində 200 min müsəlman Ramazan ayının son cümə gününü işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada qeyd edib.

Qüds İslam Vəqfləri İdarəsi 200 min müsəlmanın Məscidül-Əqsada toplaşdığını açıqlayıb.

Bu müqəddəs gecəni Məscidül-Əqsada keçirmək istəyən ailələr burada süfrələr düzərək iftar ediblər.

Nəsrullah: İranla müttəfiqlik fəxr və şərəfdir – Vaşinqton regiondakı cinayətlərin pərdə arxasındadır

 Livan Hizbullahının baş katibi İsrailin bu bölgədə məğlub olmasını qəbul etmək istəməyənlərin olduğuna işarə edərək, deyib: İran İslam Respublikası öz mövqelərində dayanıb və işğalçılara qarşı müqaviməti dəstəkləməyə davam edir. Əl-Əqsa tufanı əməliyyatı sionist rejimin varlığını təhlükəyə atıb və regiondakı bütün cinayətlərin arxasında Vaşinqton dayanır.

Gimnastlarımız Avropa çempionatında 4 medal qazandılar

Portuqaliyanın Gimareyeş şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.

Yeniyetmələrin batutda sinxron hərəkətlərində Əli Niftəliyev və Ammar Baxşaliyev cütü qızıl medal qazanıb.

Qızların batutda sinxron hərəkətləri yarışında isə Azərbaycan gimnastları Ayan Şabanova və Samirə Hüseynova fəxri kürsünün ikinci pilləsində yer alıblar. Bu, Azərbaycan batutçu qızların ilk Avropa medalı olub.

Brüssel görüşü: ABŞ Ermənistana 65 milyon dollar, Aİ 270 milyon avro ayıracaq

Tərəflər birgə bəyanatla çıxış ediblər

“Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistan və region üçün sabit, dinc, təhlükəsiz, demokratik və firavan gələcəyi dəstəkləyir”.

Bu fikir Ermənistan, Avropa İttifaqı və ABŞ-ın rəsmilərinin 5 aprel görüşü ilə bağlı bəyanatda əks olunub.

İspaniya Fələstin dövlətini tanımaq planı olduğunu açıqlayıb

İspaniya iyul ayına qədər suveren Fələstin dövlətini tanıyacağını bəyan edib. Bu qərar digər Avropa dövlətləri üçün də dönüş nöqtəsi ola bilər.

İspaniyanın sosialist baş naziri Pedro Sançes jurnalistlərə deyib ki, Madrid iyul ayına qədər Fələstini diplomatik olaraq tanıyacaq.

Planı xarici işlər naziri Xose Manuel Albares təsdiqləyib və o, bunun müstəqil Fələstinin BMT-yə üzv olmasına yardım edəcəyini bildirib.